Paşinyansız yeni il: erməni müxalifəti yeni şüar səsləndirir
Nikol Paşinyan istefaya gedərək, Ermənistanda situasiyanı sağlamlaşdırmaq imkanlarını digər siyasi qüvvələrə verməlidir.
Miq.Az xəbər verir ki, bunu Ermənistanın Vətən Partiyasının rəhbəri Artur Vanetsyan deyib.
O, Paşinyanın heç kimin, hətta patriarxların çağırışlarını eşitməzlikdən gəldiyini bildirib:
"Lakin heç kim şübhə etməsin ki, Paşinyan gedəcək. Gəlin bir yerdə şüar müəyyənləşdirək – "Nikolsuz yeni il”. Paşinyanın vəzifədə olduğu hər yeni gün Ermənistan dövlətinə yeni təhdid kəsb edir”.
Miq.Az