Pezeşkian səfirliyimizə hücum edən şəxslə bağlı danışdı

Pezeşkian səfirliyimizə hücum edən şəxslə bağlı danışdı
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı məhkəmə hökmünün icrası məsələsinə münasibət bildirib.

Miq.az APA-ya istinadən xəbər verir ki, İran dövlət başçısı bu barədə bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edərkən bildirib.

"Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı biz hüquqi proseslərin tam həyata keçirilməsinə qədər bu məsələni izləyəcəyik”, - Məsud Pezeşkian vurğulayıb.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində bu ilin fevral ayında edam hökmü çıxarılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az