Polis bu qızı axtarır - FOTO

Polis bu qızı axtarır - FOTO

Paytaxtın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edərək qızı, 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Miq.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, o, həmin gündən bəri qızı barədə məlumat ala bilmədiyini qeyd edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az