Polis Yerevanın mərkəzində etirazçıların həbsinə başlayıb

Polis Yerevanın mərkəzində etirazçıların həbsinə başlayıb

Polis Yerevanın mərkəzində Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz aksiyaları keçirən mitinqçiləri həbs etməyə başlayıb.

Miq.Az xarici KİV-lərə istinadla xəbər verir ki, polis etirazçıların Fransa meydanı yaxınlığında bağladığı küçələri açmağa çalışır.

Səhər saatlarında aksiya iştirakçıları baş nazirin iqamətgahına yaxınlaşsalar da bir müddət sonra oranı tərk ediblər.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması əleyhinə keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. Aprelin 16-da parlament binasına doğru yürüş edən mitinq iştirakçıları ilə polis arasında toqquşmalar nəticəsində onlarla insan xəsarət alıb. Aprelin 17-də müxalifət lideri Nikol Paşinyan Ermənistanda "məxməri inqilabın” başlandığını bəyan edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az