Polis zabiti toyda məhkəmə katibini döydü

Polis zabiti toyda məhkəmə katibini döydü

İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 22 radələrində rayondakı "Nicat Plaza” şadlıq sarayında qeydə alınıb.

Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az