Prezident baş konsulu geri çağırdı (SƏRƏNCAM)

Prezident baş konsulu geri çağırdı (SƏRƏNCAM)
Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Miq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edəm ki, Sultan Qasımov 19 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976-1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb. 1979-1981-ci illərdə Daxili qoşunlarda hərbi xidmət keçib. 1981-2009-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

1993-1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 2006-2009-cu illərdə DİN xətti ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə ezamiyyətə göndərilib. 2009-2016-cı illərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu vəzifəsində işləyib.  

3 may 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib.  

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi var. 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Evlidir, qız övladı var.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az