Prezident Səlim Müslümovu təcili yanına çağırdı - İclası yarımçıq tərk etdi

Prezident Səlim Müslümovu təcili yanına çağırdı - İclası yarımçıq tərk etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentin martın 10-da keçirilən növbəti plenar iclasını yarımçıq tərk etməli olub.

"Qafqazinfo” xəbər verir ki, buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən onun yanına çağırılması olub. Bu haqda "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov məlumat verib.

"Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”-deyə, spiker bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az