Prezident Silahlı Qüvvələrlə DİN əməkdaşlarını orden-medallarla təltif edib - SİYAHI

Prezident Silahlı Qüvvələrlə DİN əməkdaşlarını orden-medallarla təltif edib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə President.az xəbər verir.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilirlər.

Sərəncama əsasən, beş nəfər "Qarabağ”, 30 nəfər "Azərbaycan Bayrağı”, 55 nəfər 3-cü dərəcəli "Rəşadət”, bir nəfər 2-ci dərəcəli "Rəşadət”, altı nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Sərəncamla daha bir qrup hərbi qulluqçu isə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "İgidliyə görə”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Təltif olunanların siyahısı ilə buradan tanış olmaq mümkündür. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az