Prezidentdən Anar Ələkbərovla bağlı - Qərar
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Sahib oğlu Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.
Miq.Az xəbər verir ki, Anar Ələkbərov Samux rayonunda anadan olub. Prezident İlham Əliyev 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.
Azərbaycan Respublikası Vergilər nazirinin müavini Sahib Ələkbərovun oğludur. Bundan əlavə, A.Ələkbərov Azərbaycanın I vitse-prezidentinin köməkçisi və Avtomobil Federasiyasının prezidentidir.
Miq.Az