Prezidentdən qərar: nazirin səlahiyyəti artırıldı

Prezidentdən qərar: nazirin səlahiyyəti artırıldı

Təhsil naziri Emin Əmrullayevin hüquqları artırılıb.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Təhsil naziri Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq. Başqa sözlə, nazir nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az