Prezidentin bu çıxışı Türkiyədə gündəm oldu

Prezidentin bu çıxışı Türkiyədə gündəm oldu

Türkiyənin nüfuzlu "Yeni Şəfəq” qəzeti Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlərə geniş yer verib.

Miq.Az xəbər verir ki, nəşr Prezidentin Ermənistan hərbi siyasi-rəhbərliyinə meydan oxumasını "Paşinyan və Ermənistan utanc içində yaşayacaq” sərlövhəsi ilə təqdim edib.

"İlham Əliyev bölgədə çıxışı zamanı bunları dedi: "Yenilməz tərəfin Azərbaycan xalqı, Ordusu olduğunu bütün dünyaya göstərdik. Erməni miflərini yerlə-bir etdik. Onlar önümüzdə diz çökdülər, utanc içində yaşayacaqlar”, - "Yeni Şəfəq”in sözügedən tarixi çıxışla bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, sözügedən çıxışı Türkiyədə yüzminlərlə insan izləyib, sosial şəbəkələrdə paylaşıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az