Prodüser Təranə Səmədovaya cinayət işi açıldı

Prodüser Təranə Səmədovaya cinayət işi açıldı
Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

Miq.az-ın Lent.az-a istinadən məlumata görə, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.
Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.
İttihama görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.
Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.
Məsələ ilə bağlı münasibətini öyrənmək üçün T.Səmədova ilə əlaqə saxlamağa cəhd edilsə də, prodüser zənglərə cavab verməyib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az