Professor Adil Qeybulla Saleh Rüstəmova baş çəkib
Həbsdə 33 gündür aclıq keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin səhhəti çox ağırdır. Son bir neçə gündür o, hər gün 600 qramadək arıqlayır. Bu barədə Turan-a vəkil Bəıhruz Bayramov bildirib.
Müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla dekabrın 7-də Penitensiar Xidmətin Müalicə Müəssisəində Saleh Rüstəmli ilə görüşüb.
"Ona dəstək müalicəsi edilir. Bu müalicə onun səhhətinin bərpasına xeyli kömək edib. Xəstəlik tarixçəsinə baxdım. Müayinə və analizlərinin göstəriciləri bu gün həyatı üçün təhlükəli həddə deyil. Bərpa mülaicəsi xeyli effektini verib", deyə o bildirib.
Adil Qeybulla Saleh Rüstəmlidən aclığı dayandırmağı xahiş edib. "Mən həkim kimi aclığı dayandırmasını xahiş etdim. Ancaq qərarı o verir. Biz onun qərarına qarışa bilmərik", deyə Qeybulla sözünə davam edib.
O, Müalicə Müəssisəsinin həkimləri birgə konsilium da (məşvərət) edib.//Turan.az