Putin açıq şəkildə hədələdi: “Buna cavabsız qala bilmərik”

Putin açıq şəkildə hədələdi: “Buna cavabsız qala bilmərik”

"Ukraynadakı çevrilişdən əvvəl heç kim Krımın Rusiyaya birləşdiriləcəyini düşünmürdü”.

Miq.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri ölkəsi ilə Ukrayna arasındakı son gəlişmələrə diqqət çəkib: "Ukraynadakı çevrilişdən sonra (2014-cü ildə) krımlıları qorumaqdan imtina etməyimiz mümkün deyildi. Ukraynadakı çevrilişdən əvvəl heç kim Krımın Rusiyaya birləşdiriləcəyini düşünmürdü. Gördüyümüz odur ki, Ukrayna hökuməti Donbasa qarşı yeni hərbi əməliyyata hazırlaşır. Rusiyanı buna qarışmamağa çağırırlar.

Görünür, Ukrayna hökuməti yeni silah sistemləri alarkən, bizdən buna fikir verməməyimizi, gözümüzü başqa tərəfə döndərməyimizi, Ukraynadakı radikalların davranışlarına əhəmiyyət verməməyimizi istəyirlər. Buna qarşı cavabsız qala bilmərik.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az