Putin-Ərdoğan görüşünün tarixi məlum oldu

Putin-Ərdoğan görüşünün tarixi məlum oldu
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşün tarixi məlum olub.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, iki ölkə lideri arasında görüş avqust ayında Rusiya şəhərlərindən birində baş tutacaq: "Hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğanın görüşü hazılanır. Biz görüşün avqustun ilk ongünlüyündə keçirilməsini razılaşdırmışıq. Görüş Rusiya Federasiyasında baş tutacaq. Lakin şəhər və tarix hələki dəqiqləşdirilir”. 

Qeyd edək ki, sözügedən görüş Rusiya və Türkiyə liderləri arasında ötən il noyabr ayında yaşanan hadisələrdən sonra ilk görüş olacaq.

Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Türkiyə hava sərhədini pozan Rusiyanın qırıcı təyyarəsi Türkiyə tərəfindən vurulub. Bu hadisə 2 ölkə arasındakı münasibətlərin pozulmasına səbəb olub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az