Putin Ermənistana getsə, həbs olunacaq - İrəvan bunu da etdi

Putin Ermənistana getsə, həbs olunacaq - İrəvan bunu da etdi
Bu gün Ermənistan parlamenti 62 lehinə səslə Roma Statutunu ratifikasiya edib.

Yenisabah.az "Armenpress”ə istinadla xəbər verir ki, parlamentin müxalif "Hayastan” və "Patev unem” fraksiyalarının üzvləri səsvermədə iştirak etməyiblər.

Xatırladaq ki, Roma Əsasnaməsinin qəbul edilməsi bilavasitə Ermənistan və Rusiya arasındakı münasibətlərin gərginləşməsi anlamına gəlir.

Beləliklə, rəsmi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin öhdəliklərini öz üzərinə götürərək, Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfəri çərçivəsində onu həbs etmə hüququna malik olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az