Putin iradında haqlıdır - Ərdoğan

Putin iradında haqlıdır - Ərdoğan
Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Putin Ukraynadan taxıl daşınması ilə bağlı şərtlərin pozulduğunu, taxılın yoxsul ölkələr əvəzinə, Avropaya daşındığını bildirərək, Ərdoğanla bu barədə məsləhətləşmə aparacağını demişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az