Putin İran prezidenti ilə nədən danışdı?
Bu gün Rusiya prezdenti Vladimir Putinlə İran İslam Respublikasının prezdenti Həsən Ruhani arasında telefon əlaqəsi olub.
Bu barədə məlumat TASS agentliyində yer alıb.
Məlumata görə, dövlət başçıları Suriya məsələsində İranın və Rusiyanın rolunu qeyd ediblər.
Bundan başqa prezidentlər BMT-nin Təhlükəsizlik Şurasının "qara siyahı"sına düşən İŞİD və başqa terror təşkilatları ilə mübarizədə birgə fəaliyyətlərindən danışıblar.
Telefon danışığında əsas diqqət Suriya probləminə, Rusiya və ABŞ prezidentlərinin verdiyi birgə bəyanata yönəlib.
Miq.az