"Putin nəzakətli idi, mesajımı aldı..." - Baydendən şok sözlər


Putin nəzakətli idi, amma çox açıq şəkildə söylədim. Əgər o, həqiqətən də Ukraynanı işğal etsə, bunun ciddi nəticələri olacaq. Heç vaxt görmədiyiniz iqtisadi nəticələr... Mesajı aldığına əminəm.

Miq.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Rusiya prezidenti ilə keçirdiyi görüş barədə jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti Rusiyanın qarşısını almaq məqsədilə Ukraynaya amerialı hərbçilərin göndərilib-göndərilməyəcəyinə dair sualı belə cavablandırıb: "Bu mövzu müzakirə masasında deyil. Rusiya Ukraynaya müdaxilə edərsə, ABŞ-ın birtərəfli güc tətbiq edəcəyi fikri hazırda gündəmdə deyil".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az