Putin üçün məxfi təxliyə planı hazırlayırlar – “Nuhun gəmisi”
Kreml Rusiya diktatoru Vladimir Putinin Latın Amerikasına təxliyəsi üzrə məxfi plan hazırlayır - Ukraynadakı müharibədə məğlubiyyət halında.
Bu barədə Rusiya KİV-i Putinin keçmiş spiçrayteri (diktatorun nitqlərinin mətnini hazırlayan şəxs) Qələmova istinadla xəbər verirlər. Onun sözlərinə görə, layihə «Nuhun gəmisi» adını daşıyır və onu cari ilin yazına hazırlayırlar («UNİAN»).
Qeyd olunur ki, Putinin qaçışı üçün əvvəlcə Çin nəzərdə tutulsa da, Kremldə ehtiyat edirlər ki, çinlilər uduzanları sevmirlər, ona görə hazırda təxliyə üçün prioritetdə Argentina və Venesuela dayanır.
Qələmovun sözlərinə görə, «Nuhun gəmisi» ilə «Rosneftin» başçısı İqor Seçin məşğul olur ki, guya onun Veneuela Prezidenti Nikolas Maduro ilə yaxşı şəxsi münasibətləri formalaşıb. Eləcə də xəbər verilir ki, təxliyə üçün təkcə Putin hazırlaşmır. Venesuelada müvəqqəti yaşamaq üçün icazə və daşınmaz əmlak almaq üçün Kremlin top-məmurları fəal çalışırlar. Bir qədər aşağı ranqlı dövlət məmurları isə Paraqvayda, Ekvadorda və Argentinada müvəqqəti yaşamaq üçün icazə sənədləşdirirlər.
Hər necədirsə, bu xəbər demokratik-azad dünya üçün ciddi bir siqnal olmalıdır. Belə ki, yüz minlərlə insanın ölümünə fərman vermiş, Ukraynanın şəhər və kəndlərini viranəyə çevirmiş bir caninin (canilərin) asanlıqla aradan çıxa bilməsi heç insafdan deyil və dünya da bunu qəbul etməməlidir.