“Putinin bu planını Ərdoğan poza bilər” – Kritik

“Putinin bu planını Ərdoğan poza bilər” – Kritik

Qarabağ mesajı "Putinin Qarabağdakı "planlarını” Türkiyə və Ərdoğan poza bilər”.

Miq.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyə liderinin Qarabağla bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası Liderlər Zirvəsində çıxışı zamanı həm Azərbaycanı Dağlıq Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik etdi və həmkarlarına məsləhət gördü ki, hamılıqla birlikdə Azərbaycanın yanında olaq, həm də Ramazan bayramından sonra Şuşaya gələcəyini, Şuşada yeni bir bayram yaşayacağını bəyan etdi. Ərdoğanın Şuşaya gəlişinə ehtiyacımız var. Rusiyanın və Kreml sahibinin Qarabağdakı "planlarını” Türkiyə və Ərdoğan poza bilər.

Kreml Qarabağda qarşısında Türkiyəni görməlidir, əks halda Azərbaycan torpaqlarına hərbi baza qurmağa çalışacaq. Buna yol vermək olmaz. İnanıram ki, Türkiyə prezidentinin Şuşada verəcəyi mesajlar arasında bu da olacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az