“Putinin son hədəfi...” – Müdafiə nazirindən şok iddia

“Putinin son hədəfi...” – Müdafiə nazirindən şok iddia

"Rusiyanın mümkün işğalı nəticəsində 5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər”.

Miq.Az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Ukrayna sərhədlərində 100 minə yaxın rus hərbçisinin olduğunu açıqlayan nazir işğal cəhdinin hər iki tərəf üçün fəlakət olacağını bildirib.

O, bu halda hər iki tərəfin çoxlu itkilər verəcəyini və 5 milyon ukraynalının qaçqın vəziyyətinə düşə biləcəyini, bundan başqa, ölkədəki 15 atom elektrik stansiyasının (AES) da təhlükə altında olacağını vurğulayıb.

Putinin son hədəfinin Ukrayna olmadığını düşündüyünü deyən Reznikov müharibə olacağı təqdirdə bunun Avropaya yayılacağını iddia edib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az