Qarabağ döyüşçüsü: "Divarları yazdığım üçün mənə medal vermədilər..."
44 günlük İkinci Qarabağ müharibəsinin iştirakçısı Elçin Əhmədov Müdafiə Nazirliyinin diqqətsizliyindən narazıdır.
O deyir ki, Cəbrayıl, Hadrut, Xocavənd rayonları, Xocalının bir neçə kəndinin azad olunması, həmçinin Şuşa istiqamətlərdə gedən döyüşlərdə də iştirak edib. Amma o heç bir fəxri ad və medalla təltif edilməyib.
Elçin Əhmədov internat məktəbində oxuyub və döyüş bölgəsində də divarlara "Maştağa - 1 nömrəli internat məktəb" şüarı yazıb.
Könüllü əsgər nazirliyin bu addımına belə bir ironiya edib: "Divarları yazdığım üçün mənə medal vermədilər..."
Təfərrüatı "Səngər TV"də yayımlanan videosujetdən izləyin: