Qarabağa gələn “Gey çaqqal”ın dramatik sonu – Foto

Qarabağa gələn “Gey çaqqal”ın dramatik sonu – Foto

Ermənistan mediasında Fransadan olan bir homoseksualın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində döyüldüyü haqda məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı erməni hüquq müdafiəçisi Artak Beqlaryan açıqlama verərək, bunu təkzib edib.

LGBT icmasına bağlı "Çəhrayı Ermənistan” ("Pink Armenia”) təşkilatı isə məlumat yayaraq, Qarabağda zorakılığa məruz qalmış fransız homoseksualın fotolarını paylaşıb.

Məlumata görə, Yeni İl bayramı ilə əlaqədar Ermənistana səfər edən Fransa vətəndaşı Ceyms Mark Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində də olub. Homoseksualın geyim və davranışlarından qəzəblənən separatçılar ona qarşı zorakılığa əl atıblar.

"Gey çaqqal” deyərək, Qarabağa gələn homoseksualı "sillə-təpiyə" qonaq ediblər.

"Pink Armenia” məsələ ilə əlaqədar Ermənistan polisinə müraciət edib. Polis isə bunun "yalan iddia” olmasını əsas gətirərək, işi icraata götürməkdən imtina edib.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az