"Bu oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sağ ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular. Pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə oldu. Eyni zamanda, böyük bir təcrübə qazandıq".
Vətəninfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
- Avropa Liqasının qrup mərhələsindən əvvəl nə düşünürdünüz?
- Bilirdik ki, maraqlı qrupa düşmüşük, Bütün rəqiblərimizin böyük təcrübəsi var idi. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz şey yoxdur. Bu gün də bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik.
- Sayılmayan qol epizodu barədə nə deyə bilərsiniz?
- İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz.
- Bu gün hakim səhvinə görə növbəti mərhələyə yüksələ bilmədiniz. Özünüzü necə hiss edirsiniz?
- Heç nə edə bilmərik. Hətta "İnter"in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi.
- Bəxtinizin gətirmədiyini demək olar?
- Futbolda hər şey ola bilər. Bəzi oyunlarda da bizim bəxtimiz gətirib.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ