Qarabağda erməni əsgər məhv edilib- Vaqe Yeqoyan
Qarabağda erməni əsgər ölüb.
Bu barədə Ermənistan KİV-i xəbər verir. Məlumata görə, cəbhədə atəşkəsin pozulması zamanı Vaqe Yeqoyan öldürülüb.
Əsgər şimal istiqamətində hərbi hissələrdən birində həlak olub. Hadisə 25 may tarixində saat 18:20-də qeydə alınıb./Baku.ws/
Miq.az Müdafiə Nazirliyinin mətbuat xitmətinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Miq.az