Qarabağda erməni tankları PARTLADI: ekipaj məhv oldu - VİDEO

Qarabağda erməni tankları PARTLADI: ekipaj məhv oldu - VİDEO

Düşmən cəbhədə ağır itki verib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazisində hərbi təlimlər keçirən separatçı rejimin iki tankı minaya düşüb.

Miq.az atv.az-a istinadən bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində ölüb, digər tankın ekipaj üzvləri isə ağır yaralanıb.

Qeyd edək ki, erməni bloggerlər sosial şəbəkələrdə hadisənin videogörüntülərini yayıblar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az