Qarabağda ölən sülhməramlıların ailələrinə 1 milyon veriləcək

Qarabağda ölən sülhməramlıların ailələrinə 1 milyon veriləcək
Qarabağda ölən rus sülhməramlılarının ailələrinə 1 milyon rubl veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Sülh Fondundan bildirilib.

 

Məlumata görə, idarə heyətinin sədri Leonid Slutski sülhməramlıların həlak olması xəbəri gələn gün vəsaitin ayrılması barədə göstəriş verib.

 

"İndi bütün rəsmiləşdirmələr başa çatıb və artıq pul qurbanların yaxınlarına gəlməyə başlayıb”, - məlumatda deyilir.

 

Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin 5 hərbi qulluqçusu həlak olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az