“Qarabağda müharibə başlayacaq, bəzi məmurlar həbs olunacaq”- Ekstrasens
Ekstrasensdən Azərbaycan üçün dəhşətli 2017-ci il proqnozu: "... Qarabağda müharibə başlayacaq, bəzi məmurlar həbs olunacaq”
Yeni ilin gəlişi bu ildə gözlənilən hadisələrə marağın artması deməkdir. Azərbaycanlı astroloqlar 2017-ci illə bağlı ayrı-ayrılıqda maraqlı proqnozlar verirlər.
Ekstrasens, öngörücü Nadim Alixanov Cebhe.info-ya açıqlamasında deyib ki, 2017-ci il Azərbaycan üçün dəhşətli olaylarla yadda qalacaq.
O, meymun ilinin xoruz ilini əvəzləyəcəyi ildə Azərbaycan üçün heç də xoş hadisələr vəd etmir: "Azərbaycan üçün yaxşı heç nə görünmür. Dağlıq Qarabağda aprel ayına kimi yenə də müharibə olacaq. Budəfəki müharibə ötən dəfəkindən daha qızğın, kəskin şəkil alacaq. Artıq Qarabağ müharibəsinə çox az vaxt qalıb. 2017- 2018-ci illər Azərbaycanda sıxıntılı illər olacaq. Dolların məzənnəsi qalxaraq ilin ortalarına qədər 2.50 manat dəyərində olacaq. İnsanlar ayağa qalxacaq, böhran olacaq. Çox sayda mitinqlərin olacağı gözlənilir. Hakimiyyət çalxalanacaq. Hökumətdə bir çox dəyişikliklər gözlənilir. Bir çox dövlət məmurları işdən çıxarılacaq, həbs olunacaq. Baxmayaraq ki, Əli İnsanovun işini uzadırlar , amma o, azadlığa çıxacaq. İlqar Məmmədov da buraxılacaq. Eldar Mahmudov və Əli Abbasovun isə həbs olunacaqlarını görmürəm”.
Qeyd edək ki, xoruz ili, 2017-ci ilin 28 yanvar tarixində Meymun ilini əvəz edəcək. İşıq və oyanış xüsusiyyətlərini daşıyan 2017-ci il də orjinal və enerji dolu olacaq.
Miq.az