Qarabağda Rusiya sülhməramlı qüvvələrinə qarşı təxribat olub? – Generaldan AÇIQLAMA

Qarabağda Rusiya sülhməramlı qüvvələrinə qarşı təxribat olub? – Generaldan AÇIQLAMA

Rusiya sülhməramlı qüvvələrinin başçısı Rüstəm Muradov Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib.

Miq.Az "TASS”a istinadla xəbər verir ki, Dağlıq Qarabağ bölgəsindəki sülhməramlı qüvvələrin komandiri Rüstəm Muradov, rus sülhməramlılarının atəşkəsə nəzarət etdiyini bildirib.

 Rusiyalı general həmçinin qeyd edib ki, bugünə qədər sülhməramlı qüvvələrə qarşı heç bir təxribat xarakterli hərəkət olmayıb:

"Rusiya sülhməramlıları vəziyyəti daim izləyir və Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə qarşılıqlı əlaqəni saxlayır”.

Qeyd edək ki, bundan əvvəl, sülhməramlı qüvvələrin komandiri general-leytenant Rüstəm Muradov Qarabağda ilk dəfə atəşkəsin pozulduğunu və sülhməramlı qüvvələrin müdaxiləsilə atəşkəsə riayət olunduğunu bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az