Qarabağdakı ermənilər siyahıya alınmalıdır - Korotçenko

Qarabağdakı ermənilər siyahıya alınmalıdır - Korotçenko

"Qarabağda yaşayan ermənilərin siyahıya alınması vacib məsələdir".

Miq.Az xəbər verir ki, bu barədə "Nasionalnaya oborona” jurnalının baş redaktoru, rusiyalı ekspert İqor Korotçenko bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Onun fikrincə, Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları - red), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar:

"Ortaya belə bir sual çıxır- siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az