Qarabağı Azərbaycandan qoparmağa yeni cəhd

Qarabağı Azərbaycandan qoparmağa yeni cəhd
Vladimir Putinin ideyasından sui-istifadə niyyəti

Putinin Cənubi Qafqaz xətti haradan keçəcək?
Rusiya mətbuatının tanınmış erməni təbliğatısı Stanislav Tarasov bu cür adlandırdığı yeni cızma-qarasını təqdim edib. Bu "külliyatında” o, iddia etməyə çalışır ki, Rusiya prezidenti Putinin Ukraynaya sülhməramlılar yeridilməsi barədə ideyasını Dağlıq Qarabağa da tətbiq etmək lazımdır.
Erməni təbliğatçısı hətta Azərbaycan rəhbərliyinə dərs keçməyə də cəhd edir. İddia edir ki, əgər Azərbaycan Dağlıq Qarabağı öz nəzarəti altına salmaq istəsə və orada yaşayan erməniləri öz vətəndaşı saymaqda davam etsə, o, Gürcüstanın və Ukraynanın acı təcrübəsi ilə üzləşməli olacaq.
Əslində, Tarasov anlamır ki, Dağlıq Qarabağ Ermənistan silahli qüvvələrinin təcavüzünə hələ Ukraynada və hətta Gürcüstanda nisbi sakitlik olan zaman uğrayıb. Amma Tarasovun fikrincə, Azərbaycan, ümumiyyətlə, erməni işğalçılarına qarşı heç bir müdafiə cəhdi göstərməməli idi. Niyə bəs erməni təbliğatçısı bütün bunları qurdalayır? Axı o, bu barədə dəfələrlə yazıb.
Məsələ bundadır ki, ATƏT-in Minsk qrupu hesab edir ki, bütün erməni qoşunlarının Dağlıq Qarabağdan və onun əğtrafında işğal edilmiş əraztilərdən çıxarılması görüləsi birinci iş olmalıdır. Məhz bu məsələ Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda nəzərdə tutulan görüşündə də əsas müzakirə məsələsi olacaq.
Təbii ki, rəsmi İrəvanda bu, böyük narahatlıq və təşviş yaradır. Yəqin ki, məhz onların göstiərişi ilə Tarasov öz cızma-qarasını yazıb və iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin ideyasını təkcə Ukraynada deyil, həm də Dağlıq Qarabağda da tətbiq etmək lazımdır.
Əlbəttə, müəllif hesab edir ki, onda Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına ehtiyac qalmazdı. Daha sonra dipdlomatların və Tarasov kimi erməni təbliğatçılarının səyi nəticəsində ikinci erməni dövlətinin yaradılmasına cəhd göstərmək mümkün olardı.
Amma zaman artıq dəyişib. Rusiyanın siyasi elitası Ermənistanın Avrasiya İttifaqından çıxmaq və Avropa Birliyinə qoşulmaq cəhdindən yaxşı xəbərdardır. İrəvanda hətta NATO-ya girməyi də arzu edirlər. Bütün bunlar Moskvaa keçirilən "Moskva Bakı xətti” konfransında Rusiya kommunistlərinin lideri Gennadi Zuqanovun kəskin tənqidinə səbəb olub. "Biz Rusiyaya düşmən qüvvələrin İrəvanda özbaşınalıq etməsinə imkan vermərik”,- deyə o bildirib.
Həmin konfransda ictimai xadim, filosof və politoloq Aleksandr Duqin bəyan edib ki, onun fikrincə, Azərbaycan bu gün Cənubi Qafqazın pələngidir. Belə görünür ki, erməni təbliğatçısı Stanislav Tarasov öz məqaləsini yazanda bu bəyanatdan xəbərsiz imiş.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az