“Qarabağı Rusiya mədəni şəkildə işğal edib”- Erməni siyasətçidən SENSASİON açıqlama

“Qarabağı Rusiya mədəni şəkildə işğal edib”- Erməni siyasətçidən SENSASİON açıqlama

Rusiya sülhməramlıları Qarabağda öz gizli missiyasını həyata keçirdir. Son günlər Qarabağa gələn rusiyalı şovinistlər ərazidə Rusiya sevgisi aşılayır.

Rusiya sülhməramlıları ərazidəki məktəblərə rus dilində ədəbiyyat paylayır, yerli sakinlərin özünümüdafiə tədbirləri keçirməsinə, səngərlər qazmasına şərait yaradır. Maraqlıdır ki, bu günə qədər Rusiya Müdafiə Nazirliyi öz açıqlamalarında bir dəfə də olsun Qarabağdakı rayonları öz adları ilə təqdim etməyib. Rusiya öz missiyasının gaha geniş alanda həyata keçirməyə davam edir. Son günlər erməni təxribatlarının artması onu deməyə əsas verir ki, Rusiya sülhməramlı qüvvələri ərazini öz planlarına uyğun idarə edirlər. Görünən odur ki, Rusiya Qarabağda yeni Donbass yaratmaqla məşğuldur. Erməni mediası iddia edir ki, Rusiya Qarabağda erməni sevgisini aşılatmaqla ərazidə yeni müharibə ocağına özü nəzarət etmək istəyir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az