Qarabağın məşhur döyüşçüsü vəfat etdi
Yaşar Məhərrəmov ötən gün axşam saatlarında gözlərini əbədi yumub
Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla savaşan, məşhur döyüşçü Yaşar Məhərrəmov dünyasını dəyişib.
Bu barədə Qarabağ qaziləri birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında gözlərini əbədi yumub. Mərhumun qohumlarının sözlərinə görə, o, ürək tutmasından dünyasını dəyişib.
Yaşar Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhum 3 uşaq atası idi.
Allah rəhmət eləsin!
Miq.Az