Qarabağın məşhur döyüşçüsünün son sözləri ürək sızlatdı (VİDEO)

Qarabağın məşhur döyüşçüsünün son sözləri ürək sızlatdı (VİDEO)

Qəfildən vəfat edən Qarabağın məşhur döyüşçüsünün son sözləri ürək sızlatdı (VİDEO)

Yaşar Məhərrəmov ötən gün axşam saatlarında gözlərini əbədi yumub

Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla savaşan, məşhur döyüşçü Yaşar Məhərrəmov dünyasını dəyişib.

Bu barədə Miq.Az-a Qarabağ qaziləri birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında 20-21 radələrində gözlərini əbədi yumub. Mərhumun qohumlarının sözlərinə görə, o, ürək tutmasından dünyasını dəyişib.

Yaşar Məhərrəmov dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağırlar başlayıb. Son sözləri isə "deyəsən, mən Şuşanı görməyəcəm!” olub. Və dünyasını dəyişib!

Mərhum bu gün – yanvarda 22, saat 13:00-da Pirşağadakı Şuşa qəbiristanlığında dəfn ediləcək.

Yaşar Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhum 3 uşaq atası idi.

Allah rəhmət eləsin!
[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az