"Qarabağın statusu haqda referendum hansı ərazidə keçiriləcək?.." -Paşinyan
"Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil. Bundan əlavə, danışıqlar prosesi zamanı Qarabağın statusu ilə bağlı referendumun keçiriləcəyi yer müəyyən edilməyib".
Moderator.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu baş nazir Nikol Paşinyan dekabrın 8-də Ermənistan parlamentinin iclasında -"hökumət saatı"nda deputatların suallarını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində belə bir fikir formalaşıb ki, Dağlıq Qarabağın yekun statusu mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur. "Bunu kim deyib? Yekun status müəyyən yekun status deməkdir. Mən artıq referendum institutu və onun əngəllərindən danışmışam. Məsələn, danışıqlar prosesində Qarabağ azərbaycanlılarının iştirakı nəzərdə tutulurdu. Mən onu da diqqətinizə çatdırmaq istəyirəm ki, danışıqlar prosesində və mövcud sənədlərdə Dağlıq Qarabağ ərazisində potensial referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb. Başa düşürsünüz? Bu referendumun keçiriləcəyi ərazi müəyyən edilməmişdir. Burada çox incəliklər var”, - deyə Paşinyan izah edib.
Sultan Laçın