Qardaş Türkiyədən möhtəşəm addım- Bütün dünya ŞOKDA

 Qardaş Türkiyədən möhtəşəm addım- Bütün dünya ŞOKDA


Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin (TF-X) yaxın üç ildə ilk uçuşunu həyata keçirəcəyi gözlənilir. 
 
"Eurasian Times” nəşri xəbər verir ki, Türkiyənin dövlət aerokosmik şirkəti Sinqapur Hava Sərgisində TF-X döyüş təyyarəsinin real ölçüdə maketini nümayiş etdirib.
 
Fevralın 15-dən fevralın 18-dək təyyarə modeli Changi Sərgi Mərkəzində olub. TF-X  "Lockheed Martin” şirkətinin istehsal etdiyi "F-35 Lightning II”yə bənzəyən beşinci nəsil qırıcıdır.
 
Təyyarələr 2030-cu ilə qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz etməlidir.
 
TF-X, əsasən "hava-hava” missiyaları üçün nəzərdə tutulan ikimühərrikli çoxməqsədli qırıcıdır, lakin o, həm də yer hədəflərini vurmaq üçün istifadə edilə bilər.
 
Türkiyə Dövlət Aerokosmik Şirkəti bildirir ki, TF-X proqramı çərçivəsində bütün kritik funksiyalar təmin edildikdən sonra Türkiyə belə texnologiyanın mövcud olduğu azsaylı ölkələrdən birinə çevriləcək. (bizim.media)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az