Mənim qardaşım nəvəsi bu yaxınlarda avtomobil qəzası keçirərək öldü”.
Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dünən yanan binanın sakinləri ilə görüşü zamanı bildirib: “Bu hadisə bizim ailəmiz üçün gözlənilməz oldu. Qardaşım nəvəsi avtomobil idarə edərkən qarşıdan gələn avtomobillə toqquşub. Günahkar qarşıdan gələn avtomobilin sürücüsü olmasına baxmayaraq, mən və qardaşım bununla bağlı heç yerə şikayət etmədik. Çünki öləni qaytarmaq heç cür mümkün deyil. Bu faktdır. Şikayət edib tutdurursan xeyri var? Əsas budur ki, ölməsin. Amma öləndən sonra heç kəs onu qaytara bilmir”.
H.Abutalıbov vurğulayıb ki, dünən yanan binada itki olması hər kəs kimi onu da ağrıdır: “Mən ömrüm boyu bu ağırını çəkəcəm. Ölənlər mənim balalarım, bacılarım, qardaşlarımdır”.
Xatırladaq ki, dünən Bakıda Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada yanğın olub. Nəticədə 16 nəfər dünyasın dəyişib, 60-dan çox yaralı var.
“A24.az”
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?