Natiq Cəfərli
Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, AŞPA və Aİ ayrı-ayrı institutlardır:
"AŞPA-da ölkələrin parlamentləri təmsil olunduğu halda Aİ-də birbaşa ölkələr təmsil olunur. Aİ-də qərarların verilməsi elə də asan deyil. Belə ki, burada qərarlar konsensus əsasında, yekdilliklə qəbul edilir. Bundan başqa, Aİ üzvlərinin veto hüquqları var. Bir ölkə belə bu hüquqdan istifadə etsə, qərar qəbul edilmir.
Hesab edirəm hazırda Aİ-də Azərbaycana qarşı sanksiya ehtimalı yoxdur. Bununla belə, Azərbaycana qarşı sanksiya məsələsi gündəmə gələrsə, belə bir qərarın qəbul edilməsi inandırıcı deyil. Məsələ ondadır ki, bu gün Azərbaycanın Aİ-də dost və tərəfdaşları kifayət qədər çoxdur. Misal üçün, İtaliya, Macarıstan və Balkan ölkələri veto hüququndan istifadə edərək bu qərara mane ola bilər.
Aİ-dəki bir çox ölkə yaxşı bilir ki, AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi mövqe qərəzlidir. Misal üçün, azadlıqlar ilə bağlı məsələnin Qarabağ mövzusu ilə birlikdə təqdim edilməsi doğru deyil. Müqayisə üçün deyim ki, AŞPA və ümumilikdə Aİ Ukraynanın öz torpaqları uğrunda döyüşməsinə belə mövqe sərgiləmir. Bu anlaşılmaz, qəbuledilməzdir”.