Qırıcılarımız havaya qaldırıldı

Qırıcılarımız havaya qaldırıldı

Anadolu Qartalı-2021 beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa çatdırıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirib.

Eyni zamanda, müxtəlif ölkələri təmsil edən komandaların nümayəndələri hazırlıq məşqləri çərcivəsində uçuş boyu tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçirib.

İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az