QMİ sədrinin xeyir-duası ilə yeni Çərəkə kitabı işıq üzü görüb

QMİ sədrinin xeyir-duası ilə yeni Çərəkə kitabı işıq üzü görüb

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin tərtib etdiyi yeni "Çərəkə” kitabı işıq üzü görüb.

QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin məsləhəti və xeyir-duası ilə nəşr edilən kitabda hər dindara gündəlik lazım olan Yasin, Ər-Rəhman, İnsan, Mülk, Cümə surələri ilə yanaşı Qurani-Kərimin qısa surələri yer alır. "Çərəkə” kitabı həm Quran tapşırma və Yasin tapşırma qaydalarını, həm İftar, Ehsan, Şəfa, Nəzər, Fərəc dualarını, həm də Ramazan ayının hər gününə aid xüsusi duaları ehtiva edir.

 Kitabda həmçinin Cənazə namazı və Meyit təlqini yer alır, kişi, qadın, tək və cəm formalar rənglərlə göstərilir.

"Cib kitabı” formatında (10×15 sm) çap olunmuş bu kitabda yaşlı oxuyucuları nəzərə alaraq daha iri və aydın şrift istifadə edilib. Kitabın başqa bir xüsusiyyəti də ondan ibarətdir ki, burada Təcvid qaydaları müxtəlif rənglərlə göstərilib. Nəhayət, kitabın cildləməsində də "Çərəkə”nin bir qayda olaraq tez-tez istifadə olması nəzərə alınıb.

Bədii tərtibatının gözəlliyi ilə diqqət çəkən yeni "Çərəkə” kitabını dini ədəbiyyat mağazalarında əldə etmək olar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az