Qobustanda vulkan püskürdü

Qobustanda vulkan püskürdü
Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb.

Miq.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, püskürmə gecə saatlarında baş verib.
A.Əliyev əlavə edib ki, Qobustanda müşahidə edilən aktivləşmənin nəticəsi kimi bu vulkanın püskürməsi gözlənilirdi.
O, püskürmənin güclü olduğunu da söyləyib: "İnstitutun əməkdaşları tədqiqatların aparılması üçün hadisə yerinə ezam olunublar".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az