Qorbaçova qadağa qoyuldu-Ukraynaya girişinə

Qorbaçova  qadağa qoyuldu-Ukraynaya girişinə

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edildi.

Bu barədə "112 Ukrayna” telekanalı ölkənin Təhlüksəizlik Xidmətində olan mənbəyə istinadən məlumat yayıb.

"Ukrainskaya pravda”nın məlumatına görə, Qorbaçovun beş il müddətində ölkəyə girişi qadağan edilib. Xatırladaq ki, mayda sabiq sovet lideri Britaniyanın "The Sunday Times” qəzetinə verdiyi müsahibəsində Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. Onun sözlərinə görə, prezdient Vladimir Putinin yerində olduğu təqdirdə o, özü də belə hərəkət edərdi.

Bundan sonra Kiyev, 85 yaşlı Qorbaçovun ölkəyə və Avropaya girişini qadağan etmək niyyətini bildirib. Bu təşəbbüsü şərh edərkən SSRİ-nin sabiq prezidenti isə Ukrayanaya getmədiyini və bundan sonra da getməyəcəyini bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az