Qorbaçovdan Putin-Ərdoğan görüşünə - Reaksiya

Qorbaçovdan Putin-Ərdoğan görüşünə - Reaksiya

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Ərdoğan-Putin görüşünü şərh edib.
 
Axar.az xəbər verir ki, 85 yaşlı siyasətçi liderlərin addım-addım dialoq qurma cəhdini alqışlayıb. O, Sankt-Peterbuq görüşünün iki ölkə üçün olduğu qədər dünya siyasəti üçün də faydalı olacağını deyib:
 
"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşmək qərarının çox düzgün olduğunu düşünürəm. Addım-addım dialoq və əməkdaşlığın qurulması vacibdir. Bu, həm Türkiyə, həm biz, həm də dünya siyasəti üçün faydalı olacaq”.
 
Xatırladaq ki, Ərdoğan və Putin bu gün 2015-ci ilin noyabrından bəri ilk dəfə Sankt-Peterburqda bir araya gələcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az