Qüdrət İsaqov: “Şiəliyi və sünniliyi ləvğ edib,əsl islama qayıtmalıyıq”

Qüdrət İsaqov: “Şiəliyi və sünniliyi ləvğ edib,əsl islama qayıtmalıyıq”

Dünyanın bütün ölkələrində bəşəriyyətin tərəqqipərvər insanları ortaq mənəvi dəyərlərin yaradılmasını istəyir.

Bu sözləri “vətəninfo.az”a elmlər doktoru,professor Qüdrət İsaqov bildirib: “Ortaq mənəvi dəyərlər sisteminin yaradılması dünyanın nizamının yaranması, sivilizasiyalar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması deməkdir ki, bu da dövlətlərarası münasibətlərin, insanlar və təşkilatlar arası münasibətlərin daha yaxşı, daha səlis inkişaf etməsinə yönələn mühüm addımlardır. Bu günə qədər sivilizasiyalar arası dialoqlar həm xristian ölkələrində, həm də islam ölkələrində keçirilib. Belə dialoqların keçirilməsi ilk növbədə hər hansı dinə mənsub olan insanların digər dinlərə də hörmətlə yanaşması yoluna işıq tutur. İslam dini bəşəriyyətin sonuncu dini, Qurani Kərim bəşəriyyətin sonuncu müqəddəs kitabı, Məhəmməd Peyğımbər (s.ə.s.) isə bəşəriyyətin sonuncu peyğəmbəridir. Qurani Kərim özündən əvvəlki bütün müqəddəs kitablardan daha dərin məzmuna malikdir. İslam yaranandan bu günə qədər isə islamda 2 əsas dini cərəyan yaranıb: sünnülük və şiəlik. Mənim fikrimcə şiə və sünnü məzhəblərinin ayrılıqda fəaliyyət ğöstərməsinə heç bir ehtiyac yoxdur”-deyə, professor vurğulayıb. Xüsusilə, professor şiəlik və sünnülük arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün şiə və sünnü məzhəbləri arasında dialoqlar keçirib, əsl islama qayıdaraq, islamı bu günə uyğun modernləşdirə biləcəyimizi, bununla, şiə və sünnü məzhəbləri arası dialoqda 3 əsas prinsipi rəhbər tuta biləcəyimizi bildirib. Bunlar: 1. Şiəlikdə və sünnülükdə dünyanın bu günkü inkişafı ilə ziddiyyət yaradan, islam ölkələri ilə inteqrasiya yaratmağımıza, dünya ilə inteqrasiya yaratmağımıza mane olan dini ayinlərin cagdaş dünyamızın tələbləri səviyyəsində uyğunlaşdirilması, 2. Dini ayinlərin uyğunlaşdırılmasından sonra şiəlik və sünnülüyü ləğv edərək sadəcə məzhəblərsiz islamı bərpa etmək, 3. Məzhəblərsiz islamın ayinlərini günümüzün tələblərinə uyğun olaraq modernləşdirmək. “İslamın modernləşdirilməsi həm də türk dünyası və bütün dünya ilə inteqrasiya olunmağımıza yardım edəcək”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az