İlk Avropa Oyunlarını izləməyə gələn tamaşaçıların minik avtomobillərini saxlaması üçün Bakıda rəsmi olaraq iki duracaq müəyyən edilib. Bunu "Trend"-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.
N.Həsənovun sözlərinə görə, həmin duracaqların yanında “ekspess” avtobuslar dayanacaq və Avropa Oyunlarının yarışlarına biletli olan şəxslər idman arenalarına pulsuz daşınacaq: “Parkinq üçün nəzərdə tutulan yerlərdən biri Füzuli meydanının yaxınlığında, bəzilərinin “Qış parkı” adlandırdığı Mərkəzi Parkın altındakı duracaqdır. Həmin duracaqda eyni vaxtda 3 min avtomobil saxlamaq mümkündür.
Digəri isə Fətəli Xan Xoyski küçəsindəki Gənclik Parkında yerləşən duracaq müəyyən edilib. Orada eyni anda 650 avtomobil saxlamaq mümkündür. Həmin duracaqlarda Avropa Oyunlarını izləmək üçün biletləri olan avtomobil sahiblərinə güzəştli tarif tətbiq olunacaq və avtomobilin duracaqda saxlanmasına görə müddətindən asılı olamayaraq onlardan 1 manat ödəniş alınacaq”.
N.Həsənov əlavə edib ki, digər şəxslər də avtomobillərini həmin duracaqlarda saxlaya bilərlər, amma adi qaydada.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?