“Veteninfo.az” xəbər verir ki, bugün İstanbuldakı Hilton Garden İnn Oteldə baş tutan mərasimdə çıxış edən DGTYB Başqanı Əkbər Qoşalı, EkoAVRASYA başqanı Hikmət Ərən, İraq parlamentinin keçmiş üzvü, tanınmış ictimai-syasi xadim Fövzi Əkrəm Tərzioğlu, kitabın redaktorlarından dr. Şəmsəddin Kuzəçi və başqaları Xocalı soyqırımı, Türk Dünyası gəncliyinin bilməsi gərəkən xüsuslar barədə fikirlərini bölüşdülər.
Təqdimat mərasimində XV Türk Dünyası Gənclik Günləri və Qurultayının nümayəndəsi olan türksoylu ölkə və topluluqların nümayəndələri, ictimai-siyasi xadimlər, media mənsubları iştirak edirdi.
Qeyd edək ki, kitab Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Ankarada ("EkoAVRASYA") nəşr olunub.
Kitabın müəllifləri "Tərəqqi" medallı hərbi jurnalist Şamil Sabiroğlu və gənc yazar, "Komando" elektron türk hərb dərgisinin redaktoru Əfsanə Bayramqızıdır. Kitabın layihə rəhbəri Ə.Qoşalı; redaktorları dr.Ş.Kuzəçi və O.Hacımusalı; Türkiyə türkcəsinə uyğunlaşdıranlar isə Azər Həsrət və İbrahim Eroldu.
"BİR KIŞ GÜNÜ VAHŞETİ: HOCALI"nın məsləhətçiləri: millət vəkili prof.dr. Nizami Cəfərov, millət vəkili prof.dr Necdət Ünüvar (Türkiyə), Hikmət Ərən (Türkiyə), Azərbaycan Vətən Müharibəsi veteranları Birliyinin başqan müavini Mübariz H.Quliyev, ATXƏM başqanı İlham S.İsmayılov və "Azərbaycan Bayrağı" Ordenli əfsanəvi kəşfiyyatçı İbad Hüseynovdur.
Kitab "O Günlər Unutulmaz", "Kadim Azərbaycan-Türk Toprağı Hocalı", "Tekrarlanan Katliam Senaryoları", "Karabağda Yaşadığım Acı-Tatlı Günler", "Bir Kış Günü Faciası ve ya Hocalıda Evim Kaldı", "Dış Basında Hocalı Soykırımının Yankısı", "Hocalı Katliamı İnsanlığa Karşı İşlenmiş Cinayettir", "İlaveler", "Fotoğraflarla Hocalı" bölümlərindən oluşur.
"BİR KIŞ GÜNÜ VAHŞETİ: HOCALI" artıq Türkiyənin ilgili dövlət və qeyri-hökumət təşkilatlarına, universitet və vilayət kitabxanalarına paylanmışdır.
Elnur Eltürk