"Aparıcı yaxşı hazırlaşmalıdır, mövzuya yanaşması neytral olmalıdır, efirə uyğun olmayan ifadələr işlətməməlidir"
Vətəninfo.az Ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, tele-tənqidçi, professor Qulu Məhərrəmli deyib. O, qeyd edib ki, efirə çıxan adam danışığına diqqət etməlidir:
"Efirdə davranış qaydalarını bilməyən aparıcıları efirə buraxmaq olmaz. Bizim elə aparıcı tipləri var ki, bəzən həddindən artıq öz üzərlərinə yük götürürlər. Elə bilirlər ki, efirdə istədikləri ifadələri işlətmək olar. İndi aparıcı yetişdirmək çox çətindir. Elnarə Təhməzova müəyyən dərəcədə bişmiş aparıcı idi. Ancaq səhvlərə yol vermək olmaz. Bu çox acı nəticələrə gəririb çıxarır, televiziyanı pis vəziyyətdə qoyur. Bütün bu kimi halların qarşısını almaq üçün yeganə yol aparıcının efirdə məsuliyyət hiss etməsidir. Efirdə məsuliyyət hissini itirirsənsə, danışdığın sözün məsuliyyətini dərk etmirsənsə bunun sonu ağır faciə ilə nəticələnir. Söhbət kiminsə işən çıxmağından yox, tamaşaçının etibarını itirməkdən, telekanalın nüfuzunun aşağı düşməsindən gedir".
Qeyd edək ki, ANS-in aparıcısı Elnarə Təhməzova "İncə+" verilişində hicab geyinən xanımları təhqir edib. Bu hadisədən sonra ANS rəhbərliyi ictimaiyyətdən üzr istəyib və sözügedən verilişin bağlanması qərarı verilib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?