Habil Əliyev: "Əlibabanın səsini bəyənmirəm"
Maddi dəyərlərdən mənəvi dəyərlərə keçirik. Uşaq vaxtı bizə böyükləri nümunə göstərirdilər ki, baxaq və öyrənək. Onlar kimi olaq, ya da onlar kimi olmayaq. İş elə gətirdi ki, bizdən yaşlıların səhvlərini də gördük. Amma təsəllimiz də var idi. Qocalıq ikinci uşaqlıqdır. Qara musiqinin avanqardında gedənlərin bir birinə alt paltarı səviyyəsində elan etdiyi müharibələrin ən azı ayıb olduğunu deyərkən biz korifeyləri misal çəkirdik. Amma bütün bunlar artıq deyəsən dünəndə qalmaqdadır. Şəxsən mən Azərbaycan mədəniyyətinin milli metri saydığım Habil Əliyevlə əfsanəvi xanəndəmiz Əlibaba Məmmədovun davasını ürək ağrısı ilə qarşıladım. Biz onları ali dəyərlər kimi qoruyuruq. Bəs bu dəyərlər özləri necə? Doğrudanmı qocalıq ikinci uşaqlıdır?!
Mənəvi dəyər-özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq üçün cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdiyi ortaq dünyagörüş, əxlaq normaları və inanclardır. Bu mənəvi dəyərin tərifidir. Deməli mənəvi dəyər saydığımız şəxslər də bütün parametrləri ilə bu tərifə cavab verməlidirlər. Amma təcrübə göstərir ki, bu sahədə vəziyyət tərifəlayiq deyil və bəzən dəyər saydıqların nə özünün dəyərini bilir, nə sözünün dəyərini. Bir vaxtlar istedadları ilə səhnəyə çıxıb tamaşaçıları təəccübləndirənlər bu gün mətbuata çıxıb oxucuları qeybətləri, dedi-qoduları ilə heyrətləndirirlər. Biri-biri ilə ölçüsüz-biçimsiz danışıq tərzləri hansı ki, bu tərzi onsuz da hər gün şou-biznes nümayəndələrindən eşidir, görürük. Bu insanlardan görmək təəssüf doğurur. Məsələn, son 10 gündə azı elə o sayda sənət adamı biri-birinə qarşılıqlı ittihamlarla gündəmə gəlib. Kaman ustası Habil Əliyev, muğam ustası Əlibaba Məmmədov, xalq artisti Amalya Pənahova, Maqbet Bunyadov nə bilim daha kimlər-kimlər. Hər şey də əməkdar artist Nazim Ağayevin, Habil Əliyevdən zəhləm gedir-deməsiylə başlayıb. Nazim Ağayevin xanımının münasibətləri tənzimləməyə və iki qoçun başı bir qazanda qaynamaz deməklə ərini Habil Əliyevə tay tutmağa çalışması vəziyyəti bir az da qəlizləşdirib. Həmişə məzəli lətifələri ilə gündəmə gələn Habil Əliyevin bu dəfəki zarafatı yerinə düşməyib. “Onun arvadı hələ qoç görməyib” deyən kaman ustasına Əlibaba Məmmədovdan cavab gəlib. Əlibaba Məmmədov, Habil Əliyevi başıxarab adlandırıb. Deyib ki, “Habil Əliyev onun bostanına da hələ illər qabaq daş atıb”- Əlibaba hardan muğam oxuyan oldu söyləyib.
Oxşar münasibət Azdramanın keçmiş direktoru Maqbet Bünyadovla Amalya Pənahova arasında da yaranıb. “Azdrama mənim aktyorlarımı apardı, sonra da işsiz qoydu” deyən Amalya xanıma Maqbet Bünyadov belə cavab verib. “O qədər dərisini dartdırıb ki, ağlı çaşıb”.
Hə deyəsən doğuran da korifey hesab etdiklərimiz çaşıblar. Halbuki onların missiyasına həm də çaşanları düz yola dəvət etmək daxil deyilmi? Əgər dəyər saydıqlarımız özünü belə aparırsa, onda cavanlardan nə gözləyək? Əlibaba Məmmədov bu mövzuda danışmaq istəmədi. Habil Əliyev isə deyir ki, dəyər saydıqlarımız çoxdan ölüb.
Kamança ustası, Habil Əliyev: “Tay tuşlarımızın hamısı ölüblər. Mənəm onların içində sağ qalan bircə. Sənəti mədəniyyət adıyla ucaldanların hamısı gediblər. İndi gəlib alçaldanların əlinə düşüb. Yəni bizlərin əlinə düşüb”.
Etiraf edək ki, bu cür təvazökarlığı da ancaq əsl sənətkarlar edə bilər. Əslində biz onlardan elə belə açıqlamalar gözləyirik. Daha dedi-qodu yox. Habil müəllim deyir ki, o maksimum heç kimə cavab verməməyə çalışır. Amma bəzən həqiqəti deyəndə bu kimisə qıcıqlandırır və belə mübahisələr yaranır. Məsələn, o Əlibaba Məmmədovla bağlı sadəcə həqiqəti deyib.
Kamança ustası, Habil Əliyev: “Əlibaba çox gözəl muğam bilicisidir. Əlibaba muğamı hətta muğam oxuyanlardan da yaxşı bilir. Amma onun səsi muğam səsi deyil. Oxumağı mənim xoşuma gəlmir. Özünə zamanında demisiz?
Özünə də demişəm bilir.
Belə çıxır ki, onda bizim tənqidə dözümümüz yoxdur da?
Nə mənada qızım...
Çünki, o deyib ki, Habil Əliyevin başı xarab olub.
Düz deyir onu, mən özümün başımdan xəbərim yoxdur (Gülür).
Əlibaba deyil, sənətdəndi. Köhnələrdir, təzələrdir. Ən mədəniyyətsiz adamlar mədəniyyət işçiləridir”.
Bu Habil Əliyevin verdiyi qiymətdir. Əsl qiyməti isə əlbəttə ki, xalq verir. Sənətə də, sənətkara da. Dəyərə də, dəyməzə də. Dəyər olmağa çalışın ki, sabah adınız dəyərsiz biri kimi çağırılmasın. Lütfən bunu da elə çağırış kimi də dəyərləndirin, məsləhət kimi yox.
Fikir vermişəm Azərbaycanın bəzi musiqi alətləri silaha oxşayır. Məsələn tar, saz- tüfəngə, kaman ox-kamana, qaval qalxana. Bəlkə mədəniyyətimizin döyüşə, davaya hər zamanadə ovqatını elə bu zahiri bənzərlik formalaşdırır. Bu hətta belədirsə belə eybəcər görünür. Qaval qalxana, kamança kamana oxşayanda yerinə düşmür. Bir də imkan verin ki, uşaqlar böyüyə baxıb böyümək istəsinlər. Amma siz də böyük olun da.
anspress.com