"Azərbaycanda son zamanlar ağac kəsintisi xeyli azalıb". Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazirin sözlərinə görə, ağac kəsilməsi artıq ciddi ekoloji problem kimi gündəmdə deyil: "Çünki bu gün rayonlarda demək olar ki, yanacaq kimi odundan istifadə olunmur. Digər tərəfdən, mühafizə tədbirləri olduqca gücləndirildi və ağır cəza tədbirləri öz effektini kifayət qədər yaxşı göstərdi. Eyni zamanda, mebel sənayeçiləri başa düşdü ki, yerli materiallardan istifadə etmək onlar üçün demək olar mümkünsüzdür. Bu səbəbdən, onlar bu fikirlərindən əl çəkdilər. İqtisadiyyatlarını ölkəyə xammal gətirmək üzərində qurublar".
H.Bağırov, həmçinin ov mövsümünün başlanması ilə əlaqədar ovçulara da xəbərdarlıq edib: "Ovçular elə bilməsinlər ki, mövsüm başladı və nəzarət zəif olacaq. Əmin olsunlar ki, qanunsuz ovlara qarşı ciddi mübarizə aparılacaq. Lazım olsa ən ağır tədbirlər görüləcək. Ov ovçuların həvəsinin təmin olunmasından ibarət deyil. Burada təbii ki, qarşılıqlı maraqlar olmalıdır".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?